Bank Of Baku

YAP-çı gənclər Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi tələbi ilə beynəlxalq təşkilatların Bakıdakı ofisləri qarşısında aksiya keçiriblər

YAP-çı gənclər Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi tələbi ilə beynəlxalq təşkilatların Bakıdakı ofisləri qarşısında aksiya keçiriblər
# 26 fevral 2007 15:39 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin bir üzvü Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi tələbi ilə bu gün bəzi beynəlxalq təşkilatların Bakıdakı ofisləri qarşısında aksiya keçirib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya iştirakçıları BMT, ATƏT və Avropa Şurasının nümayəndəliklərinə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi tələbini əks etdirən qətnamə təqdim ediblər. Qətnamədə Ermənistanın tarixən imperialist dövlətlərin yardımı ilə “Böyük Ermənistan” yaratmaq xülyasını reallaşdırmağa çalışdıqları qeyd olunub. Bu siyasətin həyata keçirilməsi yolunda Ermənistan xarici dövlətlərin yardımı ilə Azərbaycan torpaqlarını işğal etdiyi, əhaliyə qarşı soyqırımı siyasəti həyata keçirdiyi bildirilib: “1992-ci il fevralın 25-26-na keçən gecə Xocalı şəhərinin yerlə-yeksan edilib, kütləvi soyqırımına məruz qalması da ermənilərin genosid siyasətinin növbəti tərkib hissəsidir. Təəssüf ki, Xocalı faciəsindən 15 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti bu soyqırımına hüquqi-siyasi qiymət verməyib. Bu, Azərbaycan xalqının narahatlığına səbəb olub”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR