Bank Of Baku

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Ermənistanın İrandakı səfirliyi qarşısında piket keçirilib

Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Ermənistanın İrandakı səfirliyi qarşısında piket keçirilib
# 26 fevral 2007 16:20 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Ermənistanın İrandakı səfirliyi qarşısında piket keçirilib. “Yarpaq” qəzetinin redaktoru Səid Muğanlı Tehrandan APA-ya bildirib ki, aksiyada Ermənistanın işğalçı siyasəti pislənib, erməni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunub. S. Muğanlı aksiyada “Ya Qarabağ, ya ölüm!”, “Ermənistan, Azərbaycan torpaqlarından çıx!” və başqa şüarların səsləndirildiyini də deyib: “Tehranda yaşayan bir qrup erməni aksiyanın keçirilməsinin qarşısını almaq istəsə də, buna nail ola bilmədi”. Piketin sonunda qəbul edilən bəyanatda isə İran hökumətindən Ermənistanla bütün əlaqələri kəsmək tələb edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR