Bank Of Baku

Sabah Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edəcək

Sabah Milli Məclis Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edəcək
# 26 fevral 2007 16:52 (UTC +04:00)
APA-nın məlumatına görə, dinləmələrdə Xocalı soyqırımı ilə bağlı yaradılmış parlament komissiyasının hazırladığı bəyanat və qərar layihələri müzakirə olunub. Bəyanat layihəsində Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilməsinin, faciənin ideoloqları, təşkilatçıları və icraçılarının yaxalanaraq layiq olduqları cəzanı almalarının vacibliyi vurğulanır. Azərbaycan Milli Məclisi bütün beynəlxalq təşkilatlara, o cümlədən ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi, MDB və dünya ölkələrinin parlamentlərinə müraciət edərək Xocalı soyqırımının tanınmasını istəyir. Qərar layihəsində isə qeyd olunur ki, Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın 2-ci tağımının komandiri Seyran Ohanyan, 3-cü tağımının komandiri Yevgeni Nobakix, 1-ci tağımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər: “Xocalı soyqırımı zamanı mayor rütbəsində olan Seyran Ohanyan indi general rütbəsi gəzdirir və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistanın yaratdığı oyuncaq qurumun “müdafiə naziri”dir”. Sənəddə bildirilir ki, deputatlar xarici ölkələrə səfərləri zamanı Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etməli, bu məqsədlə MM-in xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından səmərəli istifadə olunmalıdır. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların toplanılması, öyrənilməsi və yayılması məqsədilə MM yanında İnformasiya-Tədqiqat Mərkəzinin yaradılması da layihədə öz əksini tapıb: “Hüquq-mühafizə orqanlarına tövsiyə olunsun ki, Xocalıda soyqırım aktının törədilməsində iştirak edən şəxslərin hamısının müəyyənləşdirilməsi, cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması üçün görülən tədbirlər gücləndirilsin. Azərbaycanın Dağlıq Qarabağ problemi ilə məşğul olan dövlət və qeyri-dövlət strukturlarına tövsiyə edilsin ki, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər”.
Dinləmələr zamanı deputatlar bir sıra təkliflərlə çıxış ediblər. Onlar Xocalı soyqırımının əsas iştirakçısı kimi Ermənistan prezidenti Robert Köçəryanın adının MM tərəfindən qəbul edilən sənədlərdə qeyd olunmamasına etirazlarını bildiriblər. MM üzvləri Arkadi Qukasyanın, Robert Köçəryanın və Zori Balayanın adlarının qəbul edilən sənədlərə daxil olunmasını istəyiblər. Bəzi millət vəkilləri isə Xocalı muzeyinin, Soyqırımı Tanıtma Komitəsinin yaradılması, soyqırımın törədilməsində günahkar olan şəxslərin beynəlxalq məhkəməyə çıxarılması üçün yolların tapılması və digər təkliflər səsləndiriblər.
Milli Məclisin Xocalı soyqırımı ilə bağlı bəyanat və qərarı sabah keçiriləcək iclasda qəbul ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR