Bank Of Baku

Dağlıq Qarabağın azərbaycanlı icması Eynulla Fətullayevlə bağlı tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib

Dağlıq Qarabağın azərbaycanlı icması Eynulla Fətullayevlə bağlı tədbir görülməsi üçün Mətbuat Şurasına müraciət edib
# 26 fevral 2007 16:59 (UTC +04:00)
Dağlıq Qarabağın azərbaycanlı icması “Gündəlik Azərbaycan” və “Realnıy Azərbayjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin Xocalı faciəsinin azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı fikirlərinə münasibət bildirməsi üçün Mətbuat Şurasına müraciət edib. İcmadan APA-ya verilən məlumata görə, E. Fətullayev bir forumda iştirak edərkən Xocalı faciəsi ilə bağlı yanlış fikirlər söyləyərək, xalqı təhqir edib. İcma Mətbuat Şurasından məsələni müzakirə edib, müvafiq tədbirlər görməsini xahiş edib.
Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə isə bildirib ki, hazırda bu məsələnin araşdırıldığını, müraciətin şuranın Şikayətlər üzrə Komissiyanın martın 2-də keçiriləcək iclasında müzakirə ediləcəyini deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR