Bank Of Baku

Xocalı soyqırımının 15 ildönümü münasibətilə Sankt-Peterburqda tədbir keçirilib

Xocalı soyqırımının 15 ildönümü münasibətilə Sankt-Peterburqda tədbir keçirilib
# 27 fevral 2007 08:24 (UTC +04:00)
Xocalı soyqırımının 15 ildönümü ilə əlaqədar Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Sankt-Peterburqun “Beloselskix-Belozerskix” sarayında tədbir keçirilib. Baş Konsulluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə Böyük Vətən müharibəsi, Leninqrad mühasirəsi veteranlarının şəhər və vilayət rəsmiləri, elm, təhsil, incəsənət, mədəniyyət xadimləri, müxtəlif ictimai təşkilatlar, alman, xorvat, tatar, yəhudi, Ukrayna, özbək, inquş diaspor başçıları, Milli-Mədəni Muxtariyyətin rəhbərləri iştirak edib. Tədbirdə Xocalı soyqırımı ilə bağlı rus və Azərbaycan dillərində şerlər səslənib, faciə barədə məlumatlar verilib, film nümayiş olunub. Prezident İlham Əliyevin soyqırımının 15-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti oxunduqdan sonra Baş Konsul Qüdsi Osmanov çıxış edib. Diplomat tədbirin əsas məqsədinin dünya ictimaiyyətinə Xocalı soyqırımı barəsində obyektiv məlumatların çatdırılması olduğunu bildirib. Tədbirin digər iştirakçıları da çıxışlarında faciəni bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi qiymətləndiriblər. Hadisəyə hüquqi qiymət verilməsi ilə əlaqədar tədbir iştirakçıları BMT, ATƏT, Avropa Şurasına bəyanat ünvanlayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR