Bank Of Baku

Şon Makkormak: “ABŞ Xocalıda baş verən faciəvi hadisələrdən təəssüflənir və dinc vətəndaşlara qarşı belə hücumu pisləyir”

Şon Makkormak: “ABŞ Xocalıda baş verən faciəvi hadisələrdən təəssüflənir və dinc vətəndaşlara qarşı belə hücumu pisləyir”
# 27 fevral 2007 09:43 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ Dövlət Departamentində keçirilən ənənəvi brifinqdə qurumun rəsmi nümayəndəsi Şon Makkormak söyləyib. O, Xocalı faciəsi qurbanlarının ailə üzvləri və yaxınlarına başsağlığı verib: “Biz Xocalı faciəsi qurbanlarının ailələrinə və yaxınlarına baş sağlığı veririk. Gələcəkdə hər hansı belə bir insan itkisinin qarşısının alınması üçün Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə ədalətli həllinə nail olunmalıdır. ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və ATƏT Minsk Qrupunun həmsədrlərindən biri kimi danışıqlar prosesinin sürətlənməsinə kömək etməyə hazırdır”. Qeyd edək ki, Amerika-Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar ABŞ dövlət katibinə müraciət ünvanlayıb və bu hadisəyə qiymət verilməsini istəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR