Bank Of Baku

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları ilə bağlı materialların toplanılması və yayılması məqsədilə Milli Məclis yanında İnformasiya-Tədqiqat Mərkəzi yaradılacaq

Azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları ilə bağlı materialların toplanılması və yayılması məqsədilə Milli Məclis yanında İnformasiya-Tədqiqat Mərkəzi yaradılacaq
# 27 fevral 2007 13:46 (UTC +04:00)
Bəyanatda Xocalı soyqırımına dünya birliyi tərəfindən hüquqi qiymət verilməsinin, faciənin ideoloqları, təşkilatçıları və icraçılarının yaxalanaraq layiq olduqları cəzanı almalarının vacibliyi vurğulanır. Azərbaycan Milli Məclisi bütün beynəlxalq təşkilatlardan, o cümlədən ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi və MDB-dən, həmçinin dünya ölkələrinin parlamentlərindən Xocalı soyqırımının tanınmasını xahiş edir. Qərarda isə qeyd olunur ki, Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın 2-ci tağımının komandiri Seyran Ohanyan, 3-cü tağımının komandiri Yevgeni Nobakix, 1-ci tağımının qərargah rəisi Valeri Çitçyan rəhbərlik ediblər: “Xocalı soyqırımı zamanı mayor rütbəsində olan Seyran Ohanyan indi general rütbəsi gəzdirir və işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistanın yaratdığı oyuncaq qurumun “müdafiə naziri”dir”. Sənəddə bildirilir ki, deputatlar xarici ölkələrə səfərləri zamanı Xocalı soyqırımı ilə bağlı həqiqətləri təbliğ etməli, bu məqsədlə MM-in xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından səmərəli istifadə olunmalıdır. Ermənistanın Azərbaycana təcavüzü, Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonların işğalı zamanı azərbaycanlılara qarşı törədilmiş soyqırım aktları, xüsusən Xocalı faciəsi ilə bağlı materialların toplanılması, öyrənilməsi və yayılması məqsədilə MM yanında İnformasiya-Tədqiqat Mərkəzinin yaradılması da qərarda öz əksini tapıb: “Hüquq-mühafizə orqanlarına tövsiyə olunsun ki, Xocalıda soyqırım aktının törədilməsində iştirak edən şəxslərin hamısının müəyyənləşdirilməsi, cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması üçün görülən tədbirlər gücləndirilsin. Azərbaycanın Dağlıq Qarabağ problemi ilə məşğul olan dövlət və qeyri-dövlət strukturlarına tövsiyə edilsin ki, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların geniş yayılması, yalançı erməni təbliğatının ifşa edilməsi üçün səylərini birləşdirsinlər”. Bəzi deputatların təkliflərinə baxmayaraq, Xocalı soyqırımına görə məsuliyyət daşıyanların sırasına Ermənistan prezidenti Robert Köçəryanın adı daxil edilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR