Bank Of Baku

BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri ilə görüşüblər

BQXK nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri ilə görüşüblər
# 10 aprel 2008 13:49 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli APA. Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycan Ordusunun Ermənistan tərəfindən əsir götürülən əsgəri Yaqub Muxtarovla görüşüblər. Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, aprelin 9-da baş tutan üçüncü görüş zamanı əsirin saxlanma şəraiti, mənəvi, psixoloji durumu öyrənilib. Y. Muxtarovun ailəsinə məktub yazdığı bildirilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Y. Muxtarov Ermənistan tərəfindən Tovuz rayonu istiqamətində bu il martın 9-da əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR