Bank Of Baku

Ermənistan parlamentinin sədri: “Xarici siyasətdə bəzi imkanlar əldən verilib”

Ermənistan parlamentinin sədri: “Xarici siyasətdə bəzi imkanlar əldən verilib”
# 10 aprel 2008 15:43 (UTC +04:00)
İrəvan APA. Ermənistan parlamentinin sədri Tiqran Torosyan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzanın fəaliyyətindən narazı olduğunu bildirib. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat layihəsinin müzakirəsində deputatların suallarını cavablandıran T. Torosyan ad çəkmədən M. Brayzanı nəzərdə tutaraq deyib ki, bəzi həmsədrlərin bəyanatları və müsahibələri yolverilməzdir. Onun fikrincə, həmsədrlərin eyni problemə fərqli yanaşması ola bilməz: “Təəssüf ki, Azərbaycanın başladığı irimiqyaslı informasiya hücumuna Ermənistan tərəfindən hərtərəfli cavab verilmir. Əlbəttə, əsas məsələ danışıqlardır və bu, gizli aparılmalıdır. Amma münaqişənin mənşəyi və gedişi haqqında ictimaiyyətə, o cümlədən dünya ictimaiyyətinə hərtərəfli, dəqiq informasiyalar verilməlidir”. T. Torosyan müəyyən dövrdə Ermənistanın xarici siyasətində bəzi imkanların əldən verildiyini etiraf edib: “Təəssüf ki, müəyyən bir zaman kəsiyi əldən verilib. Vəziyyətin dəyişməsi üçün tədbir görməsək, bu tendensiya təhlükəli nəticələr verə bilər”. O, elmi və siyasi dairələrdə Qarabağ məsələsi ilə bağlı koordinasiyalı fəaliyyətin olmadığını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR