Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 11 aprel 2008 07:38 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 10-da saat 15.10-dan 15.15-dək və saat 17.30-dan 17.40-dək Ermənistanın Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsində yerləşən mövqelərini, saat 08.00-dan 08.20-dək və saat 22.00-dan 22.15-dək Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərindən, saat 20.45-dən 22.40-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Horadiz, Aşağı Veysəlli və Aşağı Əbdülrəhmanlı kəndlərinin yaxınlığında yerləşən mövqelərdən, aprelin 11-də saat 01.30-dan 03.30-dək fasilələrlə Tərtər rayonunun Qızıl Oba və Çiləbürt, Ağdam rayonunun Tağıbəyli kəndlərinin yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR