Bank Of Baku

Erməni əsirliyində olan azərbaycanlı əsgərin 2-ci məktubu ailəsinə çatdırılıb

Erməni əsirliyində olan azərbaycanlı əsgərin 2-ci məktubu ailəsinə çatdırılıb
# 11 aprel 2008 08:57 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Ermənilər tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Yaqub Muxtarovun 2-ci məktubu ailəsinə çatdırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna əsirin anası Ulduz Muxtarova məlumat verib. U. Muxtarovanın dediyinə görə, məktubu onlara Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gətirib. Məktubun rus dilində yazıldığını qeyd edən anası Y. Muxtarovun tezliklə vətənə qayıtmaq arzusunda olduğunu bildirib. Məktubda yazılıb: “Salam anam, atam və bacım. Necəsiz? Mən çox yaxşıyam. Sizi çox sevirəm. Nə vaxt bilmirəm, amma tezliklə vətənə qayıtmaq arzusundayam”. Y. Muxtarov həmçinin, ailəsinin ona ünvanladığı məktubu aldığını və valideynlərindən yeni məktub gözlədiyini bildirib. Ailəsi Y. Muxtarova 2-ci məktubu yollayıb.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri, 1988-ci ildə Şəki şəhərində anadan olan Y. Muxtarov bu il martın 9-da Tovuz rayonu istiqamətində əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR