Bank Of Baku

Eldar Mahmudov: “Ermənilər əsir və girovluqda olan azərbaycanlılar haqqında məlumatları gizlədirlər”

Eldar Mahmudov: “Ermənilər əsir və girovluqda olan azərbaycanlılar haqqında məlumatları gizlədirlər”
# 14 aprel 2008 12:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında bu gün çərçivə sazişinin imzalanması mərasimində çıxış edən komissiyanın sədri, Azərbaycanın milli təhlükəsizlik naziri Eldar Mahmudov bildirib. Komissiya sədri erməni tərəfinin hərbi əməliyyatların gedişində əsir, girov götürülməsi, saxlanması ilə bağlı barələrində şahid ifadələri olan azərbaycanlılar barədə məlumatları gizlətməkdə davam etdiyini açıqlayıb. Nazir Ermənistanın əsir, itkin və girovlarla bağlı fəaliyyət göstərən dövlət komissiyasının çox zaman destruktiv mövqe nümayiş etdirdiyini də deyib. Onun sözlərinə görə, faktlar sübut edir ki, Ermənistan, separatçı rejim əsir və girovlara münasibətdə beynəlxalq hüquq normalarını kobud şəkildə pozur. E. Mahmudov Ermənistanın Azərbaycana təcavüzü nəticəsində beynəlxalq hüquqa zidd olaraq azərbaycanlı mülki şəxslərin - qadın, qoca və uşaqların girov götürüldüyünü diqqətə çatdırıb: “Onlar uzun müddət qeyri-insani şəraitdə saxlanılıb, işgəncələrə məruz qalıblar, yaralı və xəstələrə heç bir tibbi yardım göstərilməyib. Bir çox halda isə girov götürülən mülki əhali kütləvi şəkildə qətlə yetirilib”. Nazir qeyd edib ki, Ermənistan tərəfi Azərbaycana 414 ermənin itkin düşməsi barədə BQXK vasitəsi ilə məlumat çatdırıb: “Onlardan bəzilərinin guya Azərbaycanda saxlanması barədə yalan məlumatlar yayıblar. Biz Beynəlxalq Qızıl Xaç Komitəsinin təqdim etdiyi itkin ermənilərin siyahısı üzrə zəruri araşdırma və təhlil aparmışıq. Həmin siyahıda adları olan şəxslərdən 197 nəfəri Ermənistan, 211 nəfər isə erməni millətindən olan Azərbaycan vətəndaşıdır. Onların axtarışı istiqamətində gördüyümüz işlər barədə komitəyə dolğun məlumatlar vermişik. Bizdə olan məlumatlara görə, Ermənistan heç öz vətəndaşlarının axtarışı istiqamətində ilkin tədbirləri belə görməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR