Bank Of Baku

Dövlət Komissiyanın katibi: “4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır”

Dövlət Komissiyanın katibi: “4360 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır”
# 14 aprel 2008 12:34 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) ötən il keçirilən son iclasından indiyədək əsirlikdə olan 5 Azərbaycan vətəndaşı azad edilib, 2 erməni qarşı tərəfə qaytarılıb. APA-nın xəbərinə görə, bu barədə DK katibi Şahin Sayılov bildirib. Ş. Sayılov hazırda DK-da və Beynəlxalq Qızıl Xaç Komitəsində (BQXK) olan əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı mövcud siyahılarda dəqiqləşmə işinə ciddi diqqət yetirildiyini və fərqin aradan qaldırılması istiqamətində zəruri işlər görüldüyünü söyləyib. O, 1062 şəxs barədə dəqiqləşdirilən məlumatların BQXK-ə göndərildiyini, itkin düşmüş şəxs kimi qeydiyyatda olan 231 nəfərin taleyinə aydınlıq gətirildiyini bildirib, 18 nəfərin isə itkin düşməsi faktının aşkarlanaraq qeydiyyata götürüldüyünü, barələrində zəruri işlərin aparıldığını qeyd edib. Komissiya katibi hazırda 4360 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, onlardan 783 nəfərinin Ermənistan hərbçiləri tərəfindən əsir və girov götürülməsi barədə şahid ifadələri olduğunu diqqətə çatdırıb. Komissiyanın katibi son illər aparılan araşdırmalar nəticəsində 97 Azərbaycan vətəndaşının hərbi əməliyyatlar zamanı sağ olaraq işğal edilən ərazilərdə qaldığının təsdiq edildiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR