Bank Of Baku

Qoşunların təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb

Qoşunların təmas xəttində keçirilən monitorinq zamanı heç bir insident qeydə alınmayıb
# 15 aprel 2008 10:43 (UTC +04:00)
Goranboy. Məhbubə Qasımbəyli-APA. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, bu gün Azərbaycanın Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinq normal keçib, heç bir insident qeydə alınmayıb.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun köməkçiləri Piter Ki və Antal Herdiç, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, İrji Aberle və Jaslan Nurtazin keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR