Bank Of Baku

AŞ PA-nın fəxri prezidenti Piter Şider: “BMT-də qəbul olunan qətnamə Azərbaycan üçün çox vacib sənəddir”

AŞ PA-nın fəxri prezidenti Piter Şider: “BMT-də qəbul olunan qətnamə Azərbaycan üçün çox vacib sənəddir”
# 15 aprel 2008 11:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının fəxri prezidenti Piter Şider söyləyib. O, BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamə qəbulunu şərh edən cənab Şider sənədin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “BMT-də qəbul olunan qətnamə dünya birliyinin Dağlıq Qarabağ münaqişəsi barədə hansı fikirdə olduğunu göstərdi”. Piter Şider AŞ PA-nın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təşəbbüslərlə çıxış etdiyini bildirib: “Ötən il AŞ PA məruzəçisi Leo Platvoet Cənubi Qafqazda itkin düşən şəxslərlə bağlı hesabat hazırlayaraq quruma təqdim etmişdi. Bu hesabatda bir çox tövsiyələr öz əksini tapıb”. ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəyərləndirən AŞ PA fəxri prezidenti hesab edir ki, münaqişənin nizamlanması prosesinə Minsk Qrupunun bütün üzvləri cəlb olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR