Bank Of Baku

Azərbaycan DİN-in rəsmisi ermənilərin növbəti dəfə saxtakarlıq etdiyini bəyan edib

Azərbaycan DİN-in rəsmisi ermənilərin növbəti dəfə saxtakarlıq etdiyini bəyan edib
# 17 aprel 2008 10:36 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Miqrasiya İdarəsinin rəisi Fəxrəddin Əliyev deyib. O, Ermənistanın Ərazi İdarəetmə Nazirliyi miqrasiya agentliyinin rəisi Qaqik Yeqanyanın Dağlıq Qarabağ münaqişəsi nəticəsində 500 min erməninin Azərbaycandan miqrasiya etməsi ilə bağlı fikirlərinin həqiqətə uyğun olmadığını rəqəmlərlə əsaslandırıb. F. Əliyev qeyd edib ki, Q. Yeqanyan ənənəvi erməni yalanından istifadə edərək, bu dəfə də dünya ictimaiyyətini çaşdırmağa, yalan informasiyalar verməyə çalışıb: “Həqiqət bundan ibarətdir ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsindən əvvəl keçirilən son siyahıyaalma 1989-cu ildə olub. Həmin siyahıyaalmada bütövlükdə ölkə ərazisində 390,5 min etnik erməni yaşadığı qeydə alınıb. Onlardan 160 mini də Dağlıq Qarabağda olub. Əgər Dağlıq Qarabağda yaşayan erməniləri nəzərə almasaq, ölkənin digər ərazilərində 230 minə qədər etnik erməni yaşayıb. İndiki məlumatlara görə, hazırda Bakıda və Azərbaycanın digər bölgələrində 50 minə qədər erməni yaşamaqdadır. Bu statistikanın özü göstərir ki, Azərbaycandan gedən ermənilərin sayı təxminən 170-180 min nəfər civarındadır”. İdarə rəisi onu da bildirib ki, hazırda Azərbaycanda 50 minə qədər etnik erməninin yaşaması faktı da digərlərinin ölkədən könüllü, yalnız şəxsi məqsədləri üçün miqrasiya etmələrinin göstəricisidir.
Erməni məmurunun həmişəki kimi yalançı rəqəmlərə əl atdığını deyən F. Əliyevin fikrincə, onlar 1988-ci ildə 200 mindən çox azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından zorla qovulmasına, Dağlıq Qarabağda və ətraf rayonlarda isə 800 minə yaxın insanı ev-eşiklərindən didərgin salmalarına “haqq qazandırmaq” üçün belə yalanlardan istifadə edirlər.
Qeyd edək ki, Ermənistanın Ərazi İdarəetmə Nazirliyi miqrasiya agentliyinin rəisi Qaqik Yeqanyan KİV-ə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi nəticəsində 500 min erməninin Azərbaycanı tərk etdiyini, onlardan 360 mininin Ermənistana, 140 min nəfərinin isə digər MDB ölkələrinə getdiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR