Bank Of Baku

Rusiyalı diplomat: “Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupların görüşündə bəzi irəliləyişlər əldə olunub”

Rusiyalı diplomat: “Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupların görüşündə bəzi irəliləyişlər əldə olunub”
# 17 aprel 2008 11:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupların Tehranda keçirilən beştərəfli görüşündə bir sıra irəliləyişlər əldə olunub”. APA-nın məlumatına görə, bunu Rusiya nümayəndə heyətinin rəhbəri, XİN-in xüsusi işlər üzrə səfiri Aleksandr Qolovin deyib. O, Rusiya mətbuatına açıqlamasında bildirib ki, Tehran görüşü Xəzərin hüquqi statusunu müəyyən edəcək Konvensiya layihəsinin redaktəsinə həsr olunub: “İşçi qrupların hər görüşündə çətin danışıqlar gedir. Konvensiyanın mətni üzrə bir qədər irəliləmişik, bəzi məsələlərdə ümumi fikrə gəlmişik”. Bununla belə, A. Qolovin bir sıra razılaşdırılmamış məqamların olduğunu da etiraf edib: “Həlli tapılmayan ən vacib məsələ Xəzər dənizinin akvatoriyasının bölünməsidir”. A. Qolovin Rusiya, Qazaxıstan və Azərbaycan arasında Xəzərin şimal hissəsində dənizin dibinin bölüşdürülməsi haqqında razılıq olduğunu xatırladıb: “Amma bu məsələni bütövlükdə həll etmək üçün dənizin cənub hissəsi ilə bağlı İran, Azərbaycan və Türkmənistan arasında da razılıq olmalıdır. Bu məsələdə fikir ayrılığı mövcuddur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR