Bank Of Baku

Ermənilər tərəfindən kasetli bombaların atılması nəticəsində 300-dən çox azərbaycanlı ölüb və yaralanıb

Ermənilər tərəfindən kasetli bombaların atılması nəticəsində 300-dən çox azərbaycanlı ölüb və yaralanıb
# 18 aprel 2008 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov APA. Azərbaycan ərazilərində aparılan hərbi əməliyyatlar zamanı kasetli aviabombalar, “Qrad” tipli reaktiv atəş sistemi və 120 mm-lik kasetli mərmilərdən istifadə olunub. APA-nın məlumatına görə, bunu 19 aprel - Kasetli silahlarla ümumdünya mübarizə günü münasibətilə keçirdiyi mətbuat konfransında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov deyib. O bildirib ki, aparılan ilkin araşdırmalara əsasən kasetli silahlar ən çox Füzuli şəhəri, rayonun Yuxarı Yağlıvənd, Yuxarı Dilağarda, Veysəlli, Qorqan kəndləri, Ağdam rayonunun Xaçın Qərvənd, Cinli, Qaralar, Ağdərənin Sırxavənd, Baş Güneypəyə, Dovşanlı və Mehmanə kəndlərində tətbiq edilib: “İlkin məlumatlara görə, bu silah növündən istifadə nəticəsində 9 nəfər həlak olub, 40 nəfər yaralanıb. Qeyri-rəsmi məlumatlara görə isə ölən və yaralananların sayı 300 nəfərdən çoxdur”. H. Səfixanov dünyanın 3 ölkəsi tərəfindən 210 adda belə silah növü istehsal olunduğunu söyləyib. Azərbaycan da daxil olmaqla, ən azı 24 ölkədə hərbi əməliyyatlar zamanı kasetli silahlardan istifadə edilməsi barədə məlumatlar var.
Tədbirdə iştirak edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Martin Amaşer Azərbaycanı kasetli silahların ləğvi istiqamətində başlanmış “Oslo prosesi”nə qoşulmağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR