Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub

Ermənistan Silahlı Qüvvələri atəşkəsi bir neçə istiqamətdə pozub
# 21 aprel 2008 07:17 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 20-də saat 15.40-dan 15.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisində yerləşən mövqelərini, aprelin 21-də saat 04.35-dan 04.45-dək Ermənistanın Berd rayonunun Çinarlı kəndindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisində yerləşən mövqelərini, saat 06.30-dan 06.40-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR