Bank Of Baku

Rubio Kubaya çağırış edib

Marko Rubio, ABŞ dövlət katibi

© APA | Marko Rubio, ABŞ dövlət katibi

# 19 iyul 2026 10:16 (UTC +04:00)

ABŞ dövlət katibi Marko Rubio Kubanı siyasi motivlərlə həbs edildiyi iddia olunan 700-dən çox məhbusu dərhal azadlığa buraxmağa çağırıb.

APA xəbər verir ki, ABŞ dövlət katibi bunu tanınmış kubalı dissident rəssam Luis Manuel Otero Alkantaranın beş il həbsdə qaldıqdan sonra azad buraxılmasına münasibət bildirərkən söyləyib.

Marko Rubio Luis Manuel Otero Alkantaranın artıq Kubadan ABŞ-a gəldiyini təsdiqləyib: “Rejimin qanunsuz olaraq həbsdə saxladığı 700-dən çox siyasi məhbusun dərhal azad edilməsinə çağırırıq. Beynəlxalq ictimaiyyət Kuba rejiminin insan hüquqlarının pozulmasına daha göz yummamalı və bu repressiyalara son qoyulmasını tələb etmək üçün bizə qoşulmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR