İrandan İordaniyanın Əqəbə şəhəri istiqamətinə 4 ballistik raket atılıb.
Bu barədə İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyi İordaniya Ordusuna istinadən məlumat yayıb.
Qeyd edilib ki, Əqəbə şəhəri istiqamətində buraxılan 4 ballistik raketdən üçü hava hücumundan müdafiə vasitələri ilə vurulub, dördüncü raket isə açıq əraziyə düşüb.
Hücum nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib.
İsrail Ordusu isə Əqəbə şəhəri yaxınlıqdakı Eylat şəhərinə təhlükə yarada biləcək raket qalıqlarını məhv etmək üçün “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemini işə salıb.