Bank Of Baku

Küveyt İranın elektrik stansiyası və duzsuzlaşdırma qurğularına hücum etdiyini bildirib

Küveyt İranın elektrik stansiyası və duzsuzlaşdırma qurğularına hücum etdiyini bildirib
# 19 iyul 2026 16:07 (UTC +04:00)

Küveytdə elektrik enerjisi istehsal edən və dəniz suyunu duzsuzlaşdıran müəssisə yenidən İranın hücumuna məruz qalıb.

APA xəbər verir ki, bu barədə Küveyt Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hücum nəticəsində müəssisənin bəzi infrastruktur obyektlərində yanğın baş verib və çoxlu sayda enerji blokları sıradan çıxıb. Yanğınsöndürmə briqadaları hücumun nəticələrinin aradan qaldırılması işlərinə operativ şəkildə başlayıb və alov artıq nəzarət altına alınır. Qurumun texniki qrupları təhlükəsizlik qüvvələri ilə birlikdə dəymiş zərəri qiymətləndirir və sıradan çıxmış enerji bloklarının mümkün qədər tez yenidən istismara verilməsi istiqamətində çalışırlar.

Küveyt hakimiyyəti ölkə vətəndaşlarına və sakinlərinə bir daha həmrəylik nümayiş etdirməyə və elektrik enerjisindən istifadəni maksimum dərəcədə azaltmağa çağırıb.

Xatırladaq ki, iyulun 17 və 18-də də Küveytin Elektrik Enerjisi, Su Ehtiyatları və Bərpa Olunan Enerji Nazirliyi İranın zərbələri nəticəsində elektrik stansiyalarının və duzsuzlaşdırma qurğularının zədələndiyini açıqlamışdı. Həmin vaxt da obyektlərdə yanğınlar baş vermiş, alovun söndürülməsi zamanı fövqəladə xidmət orqanlarının bir neçə əməkdaşı xəsarət almışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR