Bank Of Baku

Erməni əsirliyində olan əsgər Vüsal Heybətov bu gün Azərbaycan tərəfə təhvil verilib

Erməni əsirliyində olan əsgər Vüsal Heybətov bu gün Azərbaycan tərəfə təhvil verilib
# 03 may 2008 11:51 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda bildirilir ki, Dövlət Komissiyasının İşçi Qrupunun beynəlxalq təşkilatlarla müntəzəm apardığı danışıqlar nəticəsində, bu il aprelin 11-də Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Heybətov Vüsal Şirsultan oğlu bu gün Ağdam rayonunun Baş Qərvənd kəndi istiqamətində, qoşunların təmas xəttində əsirlikdən azad olunaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təhvil verilib. Məlumata görə, onun sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi Qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak edib. Qeyd olunub ki, tədbir beynəlxalq humanitar hüquq normalarına uyğun keçirilib və insidentsiz başa çatıb.
Xatırladaq ki, Qobustan rayonu Xilmilli kənd sakini, 1989-cu il təvəllüdlü Vüsal Heybətov Ağdam rayonunun Yusifcanlı kəndi istiqamətində əsir götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR