Bank Of Baku

Seyran Ohanyan: “Dörd Ermənistan vətəndaşının Azərbaycan tərəfə əsir düşməsinə ordu daxilində şəxsi zəmində baş verən insident səbəb olub”

Seyran Ohanyan: “Dörd Ermənistan vətəndaşının Azərbaycan tərəfə əsir düşməsinə ordu daxilində şəxsi zəmində baş verən insident səbəb olub”
# 05 may 2008 09:23 (UTC +04:00)
O, Vanik Zmboyan, Artyom Zöhrabyan, Karen Torosyan və Ağası Enokyan adlı Ermənistan vətəndaşlarının cəbhənin Naxçıvan istiqamətində əsir düşməsi faktını təsdiqləyib. Nazir adları çəkilən şəxslərin əsir düşməsinə ordu daxilində şəxsi zəmində baş verən insidentin səbəb olması faktını da etiraf edib. Erməni mətbuatında dərc olunan məlumatlara görə, hadisəyə hərbi xidmətə çağırılan gənc əsgərin hərbi hissədə incidilməsi səbəb olub: “Gənc əsgərlə yoldaşları arasında problem yaranıb və o, dostlarını köməyə çağırıb. Çoxlu sayda mülki şəxs avtomobillərlə hərbi hissəyə gəlib və əsgəri incidən şəxsləri döyməyə başlayıblar. Qeyri-rəsmi məlumatlara görə, davanı sakitləşdirmək üçün hərbi hissə komandiri havaya atəş açmağa məcbur olub və hadisə yerinə polis çağırıb. Polis hadisə yerinə gəldikdən sonra mülki şəxslər hərbi hissənin ərazisini tərk edərək qaçmağa başlayıblar. Sürücülərdən biri ərazini yaxşı tanımadığına görə minalanmış sahəyə keçib və Azərbaycan ərazisinə daxil olub. Bununla da dörd Ermənistan vətəndaşı Azərbaycan Silahlı Qüvvələrinə əsir düşüb”. Maraqlıdır ki, erməni mətbuatı da maşının minalanmış sahəni necə rahatlıqla keçdiyini izah edə bilmir və bunu möcüzə kimi qələmə verir. Seyran Ohanyan əsirlərin vəziyyətinin diqqətlə saxlandığını bildirib: “Azərbaycan tərəfi ilə mütəmadi əlaqə saxlayırıq, əsirlər normal vəziyyətdədir və yaxın günlərdə onlar geri qaytarılacaq. Bu hadisədən dərs çıxarmalı və hərbi hissələrdə təlim-tərbiyə işinin təşkilinə diqqəti artırmalıyıq. Faktla bağlı cinayət işi başlanacaq və bütün günahkarlar, o cümlədən hərbi hissə komandirləri layiqli cəzalarını alacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR