Bank Of Baku

Bernar Fasie: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirlərinin daha bir görüşünə ehtiyac ola bilər”

Bernar Fasie: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əvvəl xarici işlər nazirlərinin daha bir görüşünə ehtiyac ola bilər”
# 06 may 2008 10:03 (UTC +04:00)
ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasienin APA-ya verdiyi məlumata görə, dünən gecə Strasburqda həmsədrlərin məşvərətçi görüşü keçirilib. Bu gün Bernar Fasie, Yuri Merzlyakov və Metyu Brayza daha bir analoji görüş keçirəcək, daha sonra Elmar Məmmədyarov və Edvard Nalbandyanla ayrılıqda görüşəcəklər. Yalnız bundan sonra hər iki ölkənin xarici işlər nazirinin həmsədrlərin iştirakı ilə ilk görüşü keçiriləcək. Bernar Fasie bildirib ki, axşam həmsədrlər xarici işlər nazirlərinin şərəfinə şam yeməyi verəcək və görüş qeyri-rəsmi formada davam etdiriləcək. Fransalı həmsədr danışıqların konstruktiv məcrada gedəcəyinə ümid bəslədiyini bildirib: “Bu, nazirlərin ilk görüşüdür, əlbəttə ki, bu görüş ilk növbədə tanışlıq xarakteri daşıyacaq. Bu mərhələdə hansısa nəticələrdən danışmaq çox tezdir”. Həmsədr qeyd edib ki, tərəflər danışıqların hansı istiqamətdə davam etdirilməsi məsələsini müzakirə edə bilərlər: “Ümidvarıq ki, danışıqların davam etdirilməsi üçün müvafiq atmosfer yaranacaq. Ola bilsin ki, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilindən öncə xarici işlər nazirlərinin daha bir görüşünə ehtiyac duyuldu. Əgər belə zərurət yaranarsa, biz bu görüşü təşkil etməyə hazırıq. Hər şey əlbəttə ki, bu gün keçiriləcək görüşün nəticələrindən asılı olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR