Bank Of Baku

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozublar

Ermənilər atəşkəsi bir neçə istiqamətdə pozublar
# 15 may 2008 07:42 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 14-də saat 11.00-dan 11.15-dək Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 14.10-dan 22.40-dək fasilələrlə Ermənistanın Berd rayonunun Çinari və Mosesqex kəndləri, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi, Ağdam və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 10.50-dən 11.50-dək Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən, saat 17.15-dən mayın 15-i saat 06.05-dək ara-sıra Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.10-dan 17.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 22.30-dan mayın 15-i saat 02.10-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qərvənd və Aşağı Veysəlli kəndləri yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR