Bank Of Baku

Xəzər İbrahim: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda BMT-nin son qətnaməsi əsas götürülməlidir”

Xəzər İbrahim: “Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda BMT-nin son qətnaməsi əsas götürülməlidir”
# 15 may 2008 12:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında deyib. O, qətnamənin Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin mövqeyi olduğunu bildirib: “Beynəlxalq ictimaiyyət belə bir qətnamə qəbul etməklə münaqişənin nəyin əsasında həll edilməli olduğunu göstərib”. Diplomat danışıqlar prosesində beynəlxalq hüquq norma və prinsiplərin əsas götürüldüyünü, qəbul olunmuş qətnamədə də bunun əksini tapdığını xatırladıb.
Ermənistan prezidenti Serj Sərkisyanın Şuşanın işğalının ildönümünə həsr olunmuş tədbirlərdə iştirakına münasibət bildirən X. İbrahimin fikrincə, yeni prezidentin işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi, orada bəyanatlar verməsi və görüşlər keçirməsi münaqişənin həlli üçün müsbət zəmin yaratmır. Ermənistan tərəfinin münaqişənin həlli üçün bu günə qədər heç bir konstruktiv addım atmadığını deyən diplomat bir daha vurğulayıb ki, Azərbaycan rəsmi İrəvanın vəziyyəti düzgün qiymətləndirəcəyinə və müvafiq addımlarla danışıqlar prosesinin irəli getməsinə imkan yaradacağına inanmaq istəyir: “Həmsədrlər Ermənistanın yeni rəhbərliyinə düzgün istiqamət verməlidirlər ki, onlar münaqişənin həlli üçün konstruktiv addımlar atsınlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR