Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 20 may 2008 08:07 (UTC +04:00)
Dağlıq Qarabağ. Məhbubə Qasımbəyli-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 19-da saat 09.25-dən 23.10-dək fasilələrlə Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 11.25-dən mayın 20-si saat 03.25-dək fasilələrlə Ermənistanın Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə, Çinarlı və Mosesqex kəndləri sahəsindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Ağdam, Koxa Nəbi, Əlibəyli kəndləri sahəsində yerləşən mövqelərini, saat 18.15-dən mayın 20-si saat 03.40-dək ara-sıra Tərtər rayonunun Qızıl Oba, Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 18.45-dən 19.00-dək Goranboy rayonunun Borsunlu kəndi yaxınlığındakı mövqelərdən, saat 21.30-dan mayın 20-si saat 00.25-dək ara-sıra Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndində yerləşən mövqelərdən, saat 21.30-dan 21.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR