Bank Of Baku

BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərlə bağlı ətraflı məlumat toplanmasına dair təlim-seminar keçirir

BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşən şəxslərlə bağlı ətraflı məlumat toplanmasına dair təlim-seminar keçirir
# 20 may 2008 09:41 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxslər barəsində ətraflı məlumat toplanmasına dair Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) könüllüləri və Axtarış Xidməti üçün təlim-seminar keçirir. BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən məlumata görə, bir neçə gün davam edəcək seminarın açılışında qurumun, AzQAC-ın və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndələri iştirak ediblər. Qeyd olunub ki, seminar Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ətraflı Məlumat Toplanmasına (ƏMT) dair BQXK və AzQAC arasında bir ay əvvəl imzalanan Əməli Layihə Müqaviləsinin bir hissəsidir. Bu müqavilənin tərkib hissəsi kimi AzQAC könüllülərinin ölkədə itkin düşmüş şəxslərin ailələri ilə müsahibələr aparması və toplanılacaq məlumatların onların itkin qohumlarının taleyinə aydınlıq gətirilməsinə kömək etməsi nəzərdə tutulub. Bu təşəbbüs BQXK tərəfindən dəstəklənir və səlahiyyətli orqanlarla razılaşma əsasında həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR