Bank Of Baku

ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü iyunun 3-də Moskvada keçiriləcək

ATƏT-in Minsk Qrupu həmsədrlərinin növbəti görüşü iyunun 3-də Moskvada keçiriləcək
# 20 may 2008 10:58 (UTC +04:00)
Bu barədə APA-ya fransalı həmsədr B. Fasienin ofisindən məlumat verilib. Moskvada keçiriləcək məsləhətləşmələrdən sonra vasitəçilər Sankt-Peterburqa yollanacaqlar. Onlar iyunun 6-8-də Sankt-Peterburqda keçiriləcək 12-ci Beynəlxalq Enerji Forumunda iştirak edəcəklər. Həmin forum çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyanın görüşü planlaşdırılır.
Prezidentlərin görüşündən sonra həmsədrlər iyunun 9-da Finlandiyanın paytaxtı Helsinkiyə səfər edəcək və hazırda ATƏT-ə sədrlik edən Finlandiyanın Xarici İşlər Nazirliyində məsləhətləşmələr aparacaqlar. Məsləhətləşmələr zamanı vasitəçilər əldə olunmuş nəticələr barədə ATƏT sədrini məlumatlandıracaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR