Bank Of Baku

Azərbaycan diplomatlarının aktivləşməsi Kaliforniya daşnaklarını narahat etməyə başlayıb

Azərbaycan diplomatlarının aktivləşməsi Kaliforniya daşnaklarını narahat etməyə başlayıb
# 26 may 2008 08:20 (UTC +04:00)
Los-Anceles şəhərində çap olunan və Kaliforniyada Daşnaksütun Partiyasının rəsmi qəzeti olan “Azbarez” nəşri bu narahatlığın Ermənistanın ABŞ-dakı səfiri Tatul Marqaryanla görüşdə ifadə olunduğunu yazıb. Qəzetin yazdığına görə, Beverliy Hill şəhərində Daşnaksütun Partiyasının nümayəndələri ilə səfirin 90 dəqiqə çəkən görüşündə Azərbaycan diplomatik missiyalarının artan aktivliyi və bunun qarşısının alınması üçün atılmalı olan operativ addımlar müzakirə olunub. Bundan başqa, görüşdə bu il martın 1-də Ermənistanda prezident seçkilərindən sonra baş verən qanlı qarşıdurma, bu hadisənin ölkənin beynəlxalq imicinə vurduğu ziyanla bağlı fikir mübadiləsi aparılıb. Görüşdə Ermənistanın Los-Ancelesdəki baş konsulu Armen Livoyan da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR