Bank Of Baku

Daha bir neçə Rusiya şirkətinin saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunur

Daha bir neçə Rusiya şirkətinin saytında Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunur
# 09 iyun 2008 09:05 (UTC +04:00)
Bakı. Zaur Nurməmmədov - APA. APA İnformasiya Agentliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsini müstəqil dövlət, yaxud Ermənistanın tərkib hissəsi kimi təqdim edən şirkətləri araşdıraraq üzə çıxarmaqda davam edir. Rusiyanın “Rosfoto” foto bankının saytında Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi kimi göstərilib. Dadivank monastrının məbədlərinin birinin fotosunun altında qeyd olunur ki, “Bu, Dağlıq Qarabağın tərkib hissəsi olduğu Ermənistan ərazisində ən qədim monastırdır” (http://www.rosfoto.ru/shop/photo/59076). Bundan başqa fotoşəkillərin çəkilişi, dərci və saxlanması ilə məşğul olan “STRİM” internet-layihəsi də Dağlıq Qarabağı müstəqil dövlət kimi təqdim edib. Saytda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindən şəkillər yerləşdirilib. Şəkillərdən biri Qarabağ müharibəsində dağıdılmış binalardan birinin şəklidir (http://streamphoto.ru/users/Patker/230516/01a688cdf111cb527342809e0c0dff38). Şəkilaltı mətndə bildirilir ki, “bu bina Dağlıq Qarabağ Respublikasının paytaxtı Stepanakert şəhərinin mərkəzində yerləşir. Binanın bir hissəsi Azərbaycan aviasiyasının hücumları nəticəsində darmadağın edilib, amma binanın fasadı bərpa olunur”. Bundan başqa bayraq və vımpellərin istehsalı ilə məşğul olan Rusiyanın “Zolotaya korona” şirkətinin saytında da Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim olunub - http://www.goldenkorona.ru/aksesuari.htm.
1 2 3 4 5 İDMAN XƏBƏR

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR