Bank Of Baku

Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Heydər Əliyev və Azərbaycanda din siyasəti: Gerçəkliklər və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir
# 03 aprel 2007 12:16 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirin əvvəlində Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına ünvanlanan təbrik məktubunu oxuyub. Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov beynəlxalq konfransda 20-dən artıq ölkənin təmsil edildiyini bildirib. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda mövcud olan dini tolerantlıq və dözümlülük bütün dünyaya nümunə ola bilər. Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə dini dözümlülüyün yüksək səviyyədə təmin edildiyini, məscid və dini ibadət ocaqlarının tikildiyini deyib: “Dünyanın ən ali dini liderləri Azərbaycana səfər edərək, buradakı dini tolerantlıqdan məmnun qalıblar. Azərbaycandakı tolerantlıq siyasəti öyrənilməli və bütün dünyaya çatdırılmalıdır”. İki gün davam edəcək konfransda bir sıra sənədlər qəbul ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR