Hidayət Orucov: “Azərbaycanda qeyri-ənənəvi dini sektalar yalnız işçi qrupları səviyyəsindədir”
04 aprel 2007 12:42 (UTC +04:00)
“Biznes qurumları yaradılarkən onun sahiblərinin hansı dini təriqətə malik olduğunu dövlət qurumları araşdırmır. Hansı dinə və millətə mənsubluğundan asılı olmayaraq, istənilən şəxs Azərbaycan qanunları çərçivəsində biznes strukturları yarada bilər”. APA-nın məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov vəhhabilərin Azərbaycanda geniş biznes şəbəkəsi yaratması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib. Azərbaycanda kifayət qədər ənənəvi və qeyri-ənənəvi dini təriqətin mövcud olduğunu deyən H. Orucov bəzi hallarda cinayət törətdiyi üçün həbs olunmuş dini təriqətlərin nümayəndələri ilə bağlı mətbuatda yanlış məlumatların yer aldığını qeyd edib: “Bu zaman onun məhz hansı təriqətə mənsub olduğu araşdırılır və həbs bununla əlaqələndirilir. Halbuki həmin şəxslər konkret cinayət işlətdiyi üçün həbs olunurlar”. Ölkədəki dini tolerantlığın anarxiyaya gətirib çıxarmayacağını bildirən H. Orucov, sadəcə, belə meyllərin ola biləcəyini, bunun qarşısının isə müvafiq strukturlar tərəfindən alınacağını qeyd edib: “Azərbaycanda qeyri-ənənəvi dini sektalar da var və bunlar yalnız işçi qrupları səviyyəsindədir. Müvafiq dövlət qurumları bu sahədə iş aparır və bu sahədə müəyyən müsbət irəliləyişlər var”. /APA/
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024