Hacıqabulda Məhəmməd peyğəmbərin mövludu qeyd olunub
06 aprel 2007 16:35 (UTC +04:00)
Hacıqabulda Məhəmməd peyğəmbərin (s) mövludu qeyd olunub. Bu barədə APA-nın Mil-Muğan bürosuna İslam Partiyası Hacıqabul rayon təşkilatını sədri Vidadi Əliyev məlumat verib. Onun sözlərinə görə, aprelin 6-da rayon dəmir yolu idarəsinin klubunda Məhəmməd peyğəmbərin (s) mövludu münasibəti ilə keçirilən tədbirdə bölgənin dindarları, ictimaiyyət nümayəndələri və İslam Partiyasının üzvləri iştirak ediblər. İslam Partiyasının sədri Hacıağa Nuri bildirib ki, Məhəmməd peyğəmbərin (s) mövludu münasibəti ilə Azərbaycanda elan olunan “Vəhdət həftəsi” sona yaxınlaşır. Mövlud bayramında dini məktəbin tələbələri Məhəmməd peyğəmbəri (s) vəsf edən şerlər oxuyublar. “Fərəc” ilahiyyat mahnıları qrupu isə dini mahnılar ifa edib. /APA/
Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024