Qaxda Məhəmməd peyğəmbərin doğum günü qeyd olunub

Qaxda Məhəmməd peyğəmbərin doğum günü qeyd olunub
# 16 aprel 2007 15:43 (UTC +04:00)
Bu gün Qaxda Məhəmməd peyğəmbərin (s) doğum günü qeyd olunub. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Qax Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. Rayonun mərkəzi cümə məscidində keçirilən tədbirdə RİH başçısı Abbas Göyüşov, rayonun din xadimləri və ictimaiyyət nümayəndələri iştirak edib. Tədbirdə öncə Məhəmməd peyğəmbərin (s) ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları məscidin həyətində təşkil olunmuş mövlud süfrəsi arxasında söhbətlərini davam etdiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR