Dövlət Gömrük Komitəsi: Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında heç bir problem yaranmayıb - FOTO

Dövlət Gömrük Komitəsi: Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında heç bir problem yaranmayıb - <span style="color: red;">FOTO
# 24 may 2015 13:20 (UTC +04:00)

Bakı – APA. Dünən bəzi informasiya saytlarında İran İslam Respublikasına keçmək istəyən 1000-ə yaxın şəxsin Dövlət Gömrük Komitəsinin (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında növbə gözləməsi barədə həqiqətə uyğun olmayan xəbərlər yayılıb, məsələyə aidiyyəti olmayan və guya bu sıxlığı əks etdirən fotoşəkil yerləşdirilib.

Bu barədə APA-ya DGK-nın mətbuat xidmətindən məlumat verilib.

DGK bildirir ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşatəpə” gömrük-keçid məntəqəsinin gömrük zonasında dünən də, bu gün də heç bir problem yaranmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR