Bayram Səfərov: “Erməninin Azərbaycana sığınması dünyaya mesajdır” - VİDEO

Bayram Səfərov: “Erməninin Azərbaycana sığınması dünyaya mesajdır” - <span style="color: red;">VİDEO
# 22 sentyabr 2015 09:37 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” ictimai birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın Ermənistandan qaçaraq Azərbaycandan siyasi sığınacaq istəməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, V. Martirosyanın dünya dövlətləri arasında məhz Azərbaycana sığınması Azərbaycan xalqının mentalitetinin, tərbiyəsinin göstəricisidir.

B. Səfərov deyib ki, erməni pənahının yalnız Azərbaycan xalqında olduğunu görüb: “Erməninin Azərbaycana əl uzatması bütün dünyaya, o cümlədən, Avropa Parlamentinin sonuncu qərəzli bəyanatına mesajdır. Bu o deməkdir ki, Azərbaycan xalqını tanımamış, onun haqqında iftiralar söyləmək olmaz”.

B. Səfərov qeyd edib ki, erməninin açıqlamaları Ermənistanda cinayətkar rejimin hökm sürdüyünü bir daha təsdiqləyir.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR