Dövlət Neft Fondu inzibati binasının sığortalanması ilə bağlı tender elan edib

Dövlət Neft Fondu inzibati binasının sığortalanması ilə bağlı tender elan edib
# 22 yanvar 2016 06:11 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) inzibati binasının daşınmaz əmlakının icbari və daşınar əmlakın könüllü sığortalanması xidmətlərinin satınaılnması məqsədilə tender elan edib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, “Dövlət satınalmaları haqqında” qanuna əsasən açıq tender ARDNF-in Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti “111A” nömrəli ünvanında yerləşən 22 mərtəbəli inzibati binasının və ərazisində olan texniki tikililərin icbari əmlak sığortası, oradakı daşınar əmlakın könüllü sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasını əhatə edir.

Tender martın 4-də saat 11:00-də ARDNF-in inzibati binasında tender təkliflərinin açılması ilə başlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR