Olland və Tsipras avqustun 15-dən sonra yeni saziş imzalamağı planlaşdırırlar

Olland və Tsipras avqustun 15-dən sonra yeni saziş imzalamağı planlaşdırırlar
# 07 avqust 2015 00:54 (UTC +04:00)

Bakı-APA. Yunanıstanın baş naziri Aleksis Tsipras və Fransa prezidenti Fransua Olland avqustun 15-dən sonra Yunanıstana maliyyə yardımının ayrılması barədə yeni sazişin imzalanmasına dair razılığa gəliblər.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Aleksis Tsipras və Fransua Olland arasında görüş ötən gün Misirdə Süveyş kanalının yeni qolunun açılışı mərasimi çərçivəsində baş tutub.

Bundan əvvəl Avropa Mərkəzi Bankı təcili kredit yardımı proqramı (ELA) çərçivəsində Yunanıstan banklarının kreditləşdirilmə limitini 90,4 mlrd dollar səviyyəsində saxlayıb. Mənbənin məlumatına əsasən, Yunanıstan Bankı maliyyələşdirilmənin həcminin artırılmasına dair heç bir sorğu verməyin.

Qeyd edək ki, bundan əvvəl Yunanıstan hökumətinin beynəlxalq kreditorlardan ayrılacaq birinci tranş çərçivəsində 24 mlrd avroyadək məbləğdə yardım istəyəcəyi bildirilmişdi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR