Daha iki nəfər dəm qazından boğularaq ölüb

Daha iki nəfər dəm qazından boğularaq ölüb
# 10 fevral 2014 11:31 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda dəm qazından ölüm və zəhərlənmə halları qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də Sumqayıt şəhər sakini Namiq Alxasov evində dəm qazından boğularaq ölüb.

Fevralın 8-də Sumqayıt şəhər sakinləri Yaqut İsayeva, Leyla Məmmədova, Ülkər Məmmədova, Nəzakət Həmzəyeva, Abşeron rayonu Saray qəsəbə sakini İncəxanım Abbasova, Sulutəpə qəsəbə sakini Günay Əzizova , fevralın 9-da Sabunçu rayonu ərazisində yaşayan Elnarə Şirinova, oğlanları Rauf və Anar, Sumqayıt şəhər sakini Qönçə Həsənova, Ağcabədi rayon sakini Mehri Əliyeva, Gəncə şəhər sakini Zülfiyyə Süleymanova dəm qazından zəhərləniblər.

Fevralın 9-da Şirvan şəhər sakini Ceyran Kazipur evində dəm qazından zəhərlənərək ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR