Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq
# 30 sentyabr 2013 15:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar oktyabrın 1-də saat 10:00-dan 18:00-dək “Dəliməmmədli”, “Sabunçu ümumi”, “Sahil-2” və “Xaçmaz AQPS” ölçü qovşaqlarından təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Xaçmaz şəhərinə, Goranboy rayonunun bir hissəsinə, eləcə də Bakının Sabunçu rayonunun bəzi ərazilərinə, Xəzər rayonunun Mərdəkan və Şüvəlan qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR