“Bank of Baku” “119 Məlumat Xidməti” ilə əməkdaşlığa başlayıb

“Bank of Baku” “119 Məlumat Xidməti” ilə əməkdaşlığa başlayıb
# 13 dekabr 2013 11:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bank of Baku” “119 Məlumat Xidməti” ilə əməkdaşlığa başlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, təcili kreditə ehtiyacı olan hər kəs “119 Məlumat Xidməti”nə zəng edərək “Bank of Baku”ya kredit sifariş verə bilər.

“Bank krediti sifarişi” xidməti çərçivəsində hər bir vətəndaş sifarişini edəndən sonra bank 1 iş günü ərzində onunla əlaqə saxlayır və hansı məbləğdə kredit ala biləcəyi barədə məlumat verir.

“Bank krediti sifarişi” xidmətinin əsas üstünlüklərindən bir neçəsi müştərinin illik faiz dərəcəsində 2%-lik endirimdən faydalanması və krediti növbədənkənar əldə etmə imkanından ibarətdir.

“119 Məlumat Xidməti” istifadəçilər üçün məlumatların daha asan, istənilən vaxt, istənilən yerdən əldə olunmasına yardım edən bir vasitədir. “119 Məlumat Xidməti”nə zənglər həm şəhər telefonlarından, həm də Azərbaycanda fəaliyyət göstərən bütün mobil operatorlardan sadəcə “119” yığmaqla mümkündür. “Bank krediti sifarişi” xidmətinin haqqı 119 xidmətinin standard tarifi ilə eynidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR