Əli Əhmədov: “Seçkidə böyük fərqlə qalib gələcəyimizə inanırıq” - VİDEO

Əli Əhmədov: “Seçkidə böyük fərqlə qalib gələcəyimizə inanırıq” - <span style="color: red;">VİDEO
# 16 sentyabr 2013 15:18 (UTC +04:00)

Ümumilikdə isə bu rəqəm 300-dən artıq olub”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov keçirdiyi mətbuat konfransında deyib.

Ə. Əhmədov bildirib ki, İlham Əliyevin xalqla görüşlərinin, bölgələrə səfərlərinin məqsədi seçilmək deyil, millətə, dövlətə xidmət məqsədi daşıyır: “Seçicilər İlham Əliyevin uğurlarını gördükləri kimi, görüşlər zamanı da öz dilindən eşidirlər. Azərbaycan vətəndaşları bunu düzgün qiymətləndirirlər. Bu da İlham Əliyevin seçilməsini istəyənlərin sayını artıracaq”.

Ə. Əhmədov YAP-ın kütləvi aksiyalar keçirməsini istisna etmir: “Bunların hamısı seçki kampaniyasının gedişində bilinəcək. Ənənəvi təşviqat formasından da istifadə ediləcək. Amma müasir texnologiyalardan da istifadə olunacaq”.

Ə. Əhmədov əvvəlki seçkilərdə olduğu kimi, YAP-ın bu seçkilərdə də “İlhamla irəli!” şüarını seçməsinə aydınlıq gətirib: “İlham Əliyevin hakimiyyəti dövründə ölkədə əzəmətli inkişafa nail olunub. Biz hesab etdik ki, vətəndaşlarımız İlham Əliyevi ona görə dəstəkləyirlər ki, onun rəhbərliyi altında bu nailiyyətlər əldə olunub. Hər bir vətəndaşın həyatında böyük dəyişikliklər baş verib. Belə olan halda yola davam fəlsəfəsi təbii ki, assosiativ olaraq işə düşüb. Biz İlham Əliyevin rəhbərliyi ilə başlanmış islahatları növbəti beş ildə daha da genişləndirib, yüksək pilləyə çatdırmaq istəyindən çıxış edirik. Müəyyənləşdirilmiş xətt, həyata keçirilən siyasət özünü doğruldub. Bu səbəbdən hesab edirəm ki, yeni yol seçməyə, hədəf müəyyənləşdirməyə ehtiyac qalmır”.

YAP funksioneri seçkidə rəqiblərindən biri – Milli Şuranın namizədinin vaxtından əvvəl təşviqat işinə başladığını müşahidə etdiklərini söyləyib: “YAP Mərkəzi Seçki Komissiyasına müraciət etmək şansını özündə saxlayır. Hesab etdik ki, müraciət etməyimiz həmin namizədi sıradan çıxarmağımız kimi dəyərləndirilə bilər. Bizim namizədimizin qalib gələcəyinə inanırıq. İndidən konkret rəqəm söyləmək istəməzdim. Böyük fərqlə qalib gələcəyimizə inanırıq. İlham Əliyevin şansının yüksək olduğunu nəinki biz, hətta beynəlxalq təşkilatlar da bildirir”.

Seçkidən sonra iqtidarın kadr siyasətinə gəlincə, Ə. Əhmədov deyib ki, bu, yeni seçilmiş prezidentin səlahiyyətinə aid olan məsələdir: “Ölkədə həyata keçirilən iqtisadi, sosial, siyasi və digər sahələrdə islahatların uğurlu gedişi bir çox amillərlə yanaşı, bu sahələrə layiqli rəhbərlərin təyin edilməsindən asılıdır. Hesab edirəm ki, ötən illərdə olduğu kimi, bu sahədə də prezident ən səmərəli yol seçərək müəyyənləşdirilmiş islahatları həyata keçirəcək kadrlardan ibarət komandasını formalaşdıracaq”.

YAP sədrinin müavini müxalifət düşərgəsində baş verən prosesləri də dəyərləndirib: “Rüstəm İbrahimbəyov göstərdi ki, o, nəinki qeyri-peşəkar siyasətçidir, həm də qeyri-ciddi insandır. Müxalifət aldanmaq istəyirdi və aldandı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR