Müsavat Gənclər Təşkilatının sabiq üzvü: “Müsavat necə söz azadlığını təmin edir ki, məni işlətdiyim fikrə görə təşkilatdan çıxarırlar?”

Müsavat Gənclər Təşkilatının sabiq üzvü: “Müsavat necə söz azadlığını təmin edir ki, məni işlətdiyim fikrə görə təşkilatdan çıxarırlar?”
# 14 fevral 2014 11:56 (UTC +04:00)

“Facebook” sosial şəbəkəsində yazdığım statusu əsas gətirdilər. Müsavat Partiyası həmişə söz azadlığının təmin olunması uğrunda mübarizə apardığını bəyan edir. Belə olan halda, işlətdiyim fikrə görə məni təşkilatdan qovurlarsa, burada hansı azadlıqdan, hansı demokratiyadan söz gedə bilər? Müsavat necə söz azadlığını təmin edir ki, məni fikirlərimə görə təşkilatdan qovurlar?”

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sabiq üzvü Kərim Kərimli GT-dən çıxarılmasına münasibət bildirərkən deyib.

O deyib ki, Müsavat GT-nin hazırkı sədri Əhliman Abbas partiyanı zəiflətmək və məhv etməklə məşğuldur: “Müsavat Gənclər Təşkilatı həmişə ölkənin ən aktiv gənclər təşkilatı olub. Mənim təşkilatdan kənarlaşdırılmağımın səbəbi sadəcə bəhanədir. Əhliman Abbas sədrliyə gəldikdən sonra təşkilatı, hətta bütün partiyanı məhv etmək istəyir. Təsəvvür edin, heç kəsin tanımadığı Əhliman Abbas İngiltərədən gəlir, birdən-birə yüksəlir. Məsələn, əvvəlki vaxtlara nisbətən bu adam iclas keçirməyə 4 nəfər tapa bilmir. Əhliman Abbas sədrliyə gələndən sonra gənclər qeyri-fəal olublar”.

Müsavat GT-nin sədri Ə. Abbas isə APA-ya bildirib ki, K. Kərimlinin iddiaları əsassızdır. Onun sözlərinə görə, K. Kərimli və digər gənclər partiyaya və onun rəhbərliyinə qarşı kampaniya apardıqları üçün Gənclər Təşkilatından kənarlaşdırılıblar: “Həmin şəxslər partiyanın nüfuzunu aşağı salmaq üçün kampaniya aparıblar. Ona görə də nizamnaməyə uyğun olaraq, Gənclər Təşkilatından kənarlaşdırılıblar. Kimsə bizi azad və demokratik olmamaqda ittiham edə bilməz”.

Xatırladaq ki, 8 nəfər Müsavat GT-dən kənarlaşdırılıb.

K. Kərimli “facebook” sosial şəbəkəsində partiyada təmsil onun şəxslərin bəzilərini saxta mövqe nümayiş etdirməkdə ittiham edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR