Bu il Azərbaycanda 73 avtomobil oğurlanıb

Bu il Azərbaycanda 73 avtomobil oğurlanıb
# 29 aprel 2014 16:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bu il Azərbaycanda 73 avtomobil oğurlanıb. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) APA-ya verilən məlumata görə, bu ilin I rübündə BDYPİ əməkdaşları tərəfindən 1 ədəd avtomat («Kalaşnikov» tipli), 1 ədəd tüfəng və 1 ədəd tank əleyhinə raket mərmisi aşkar edilərək istintaq orqanlarına təhvil verilib.


Hesabat dövründə BDYPİ əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı axtarışda olan 22 avtomobil saxlanılaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib. Polisin digər xidmətləri ilə birgə 17 fakt üzrə: 7 kiloqrama yaxın (o cümlədən 515,06 qram marixuana, 2,25 qram heroin, 2,6 qram tiryək, 6 kq 77 qram həşiş qətranı, 0,7 qram kafein) narkotik maddə aşkar olunub.


2014-cü ilin 1-ci rübü ərzində yol polisinə 73 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 53-ü tapılıb.


BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 4 şəxs və 2 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 54 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR