Nazirlik: Bakıda nəqliyyat axını respublikada nəqliyyat axının 60% təşkil edir

Nazirlik: Bakıda nəqliyyat axını respublikada nəqliyyat axının 60% təşkil edir
# 13 iyun 2014 09:10 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda nəqliyyat sistemində tıxac ən böyük problem olaraq qalır. Paytaxtda tıxacın yaranmasına təsir edən əsas amillər ilk növbədə qanunsuz parklanma, nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində saxlanılması, o cümlədən Bakıda avtomobil yolu şəbəkəsinin uzunluğunun mövcud nəqliyyatın intensivliyinə uyğun olmamasıdır.

APA-Economics”in xəbərinə görə, nəqliyyat sektorunda mövcud problem haqda II Xəzər Beynəlxalq “Yol və yeraltı infrastruktur-urbanizasiya problemlərinin həll yolları” konfransında Nəqliyyat Nazirliyi Nəqliyyat siyasəti iqtisadiyyat şöbəsinin sektor müdiri Heydər Turabov çıxış edib.

H. Turabov deyib ki, Bakının ərazisi 2 400 kvadrat km təşkil edir, bu isə Azərbaycanın təxminən 3%-ni təşkil edir.

“Bakıda nəqliyyat axını respublikada nəqliyyat axının 60% təşkil edir, yəni 3% ərazidə 60% nəqliyyat axını yerləşir”, - deyə o qeyd edib.

O, əlavə edib ki, hazırda paytaxtda avtomobil yollarının uzunluğu 1 550 km təşkil edir, halbuki hazırkı vəziyyətə görə bu rəqəm 4000-5000 km olmalıdır. H. Turabovun sözlərinə görə, yol inşaatı üçün qalan torpaqlar fondu da məhduddur.

“Belə ki, Bakıda avtomobil yollarının tutum əmsalı 0,7-ə bərabərdir, yəni şəhərin avtomobil yollarının 70% nəqliyyat vasitələri ilə tutulub. Qalıq 30% da boş qalmayıb. Çünki insanlar avtomobillərini saxlayarkən avtomobillər arasında da məsafə saxlayırlar ki, həmin 30% boş hissənin də nəqliyyat vasitələri tutulduğunu nəzərə almaq lazımdır. Odur ki, avtomobil yollarının ümumi uzunluğunun artırılması istiqamətində kütləvi və miqyaslı işlər görülür və bu davam edəcək”, - deyə H. Turabov çıxışında qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR