İsmayıllıda maşın dərəyə aşıb, sürücü ölüb

İsmayıllıda maşın dərəyə aşıb, sürücü ölüb
# 21 iyun 2014 07:14 (UTC +04:00)

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ötən gecə yolun 16-cı kilometrliyində, İsmayıllı rayonunun Basqal kəndi ərazisində qeydə alınıb.

Şamaxı rayon sakini, 1992-ci il təvəllüdlü Rəşidov Qərib Rəşid oğlunun idarə etdiyi 90-NR-478 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını sürətlə hərəkətdə olarkən idarəetmədən çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.

Hadisə zamanı maşında tək olan sürücü dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR