Rusiya-Ukrayna sərhədində nəzarət-buraxılış məntəqəsi silahlı şəxslərin hücumuna məruz qalıb

Rusiya-Ukrayna sərhədində nəzarət-buraxılış məntəqəsi silahlı şəxslərin hücumuna məruz qalıb
# 09 may 2014 01:17 (UTC +04:00)

APA-nın “RBK”ya istinadən verdiyi xəbərə görə, 40-dək silahlı şəxs nəzarət-buraxılış məntəqəsini ələ keçirməyə cəhd edib, lakin sərhədçilər hücumu dəf edə bilib.

Məlumata görə, silahlı şəxslər 2 mikroavtobusla NBM-ə gələrək sərhədçilərin təslim olunmalarını tələb ediblər. Baş vermiş qarşıdurma zamanı silahlı şəxslər “Molotov kokteyl”ərindən istifadə ediblər, sərhədçilər buna cavab olaraq atəş açıblar.

Hücum zamanı NBM-də yanğın baş verib, müqavimətlə üzləşən silahlılar Ukrayna ərazisinə doğru geri çəkiliblər.

Hazırda yanğın söndürülüb. Nəzarət-buraxılış məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Andrey Parubiy baş vermiş insidenti Rusiya hərbçilərinin təxribatı adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR