Əfv sərəncamı 15 saylı Cəzaçəkmə Müəssisəsində icra edilib

Əfv sərəncamı 15 saylı Cəzaçəkmə Müəssisəsində icra edilib
# 27 may 2014 07:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX) 15 saylı Cəzaçəkmə Müəssisəsində icra edilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən PX rəis müavini Nizaməddin Cəlilov deyib ki, əfv sərəncamı 171 nəfərə şamil edilib, onlardan 157 nəfər penitensiar müəssisələrdə cəza çəkən şəxslərdir.

Bu müəssisədən iki nəfər - Əfqanıstan vətəndaşı Paşdon Bərəkətullah Əzəmətullah oğlu və Azərbaycan vətəndaşı Tale İsmayılov azadlığa buraxılıb.

Əfv edilən Əfqanıstan vətəndaşının Qarabağ müharibəsinin iştirakçısı olduğu bildirilib.

Qeyd olunub ki, əfv sərəncamının icrası bu gün başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR